3
Bazar ertəsi günü Bitcoin-in qiyməti 30.000 dollardan aşağı enib və 29.600 dollara satılıb, hazırda isə 29.983 dollara ticarət edilməkdədir.
BBN.az CryptoNews-a istinadən xəbər verir ki, bazar kapitalizasiyası üzrə dünyanın ən dəyərli kripto valyutası hesab edilən bitcoin cümə axşamı özünün ən yüksək həddinə 31.800 dollara çatdıqdan sonra 6% dəyər itirib.
Qeyd edək ki, kripo bazarı ilə bağlı davam edən qeyri-müəyyənliklər qiymətlərə təsir edir, məsələn, kripto ilə bağlı qanun layihəsinin hazırlanması ətrafında müzakirələr, kripto qışı və s.