3
Bitcoin-in qiyməti 2022-ci ilin mayından bəri, son 18 ayda ilk dəfə 41.000 dolları keçib.
BBN.az MarketWatch-a istinadən xəbər verir ki, CoinDesk-in data-larına əsasən adıçəkilən kriptovalyutanın qiyməti 41.000 dolları keçib, daha sonra isə 40.000 dollar ətrafında qərarlaşıb.
Qeyd edək ki, kriptovalyutanın qiyməti son bir ayda 13%-dən çox yüksəlib və illik əsasda isə 130%-lik artım qeydə alınıb. Qiymətlərdə belə bir artımın olması onu deməyə əsas verir ki, tənzimləyicilər qısa zamanda bitcoin ilə bağlı dəyişmə-ticarət fondunu qəbul edəcəklər.