

İyun ayının 20-də kriptovalyuta bazarında cüzi eniş müşahidə olunub. “
BBN.az xəbər verir ki, dünyanın ən dəyərli kriptovalyutası sayılan “Bitcoin”in qiyməti Bakı vaxtı ilə saat 09:35-də “CoinMarketCap” platformasında 0.63% azalaraq 104 420 ABŞ dollarına düşüb.
Bazardakı eniş təkcə “Bitcoin”lə məhdudlaşmayıb. İkinci ən populyar kriptovalyuta olan “Ethereum” da son 24 saat ərzində 0.86% ucuzlaşıb və 2 507 ABŞ dolları səviyyəsində qərarlaşıb.
İlk beşlikdə yer alan digər kriptovalyutalarda da geriləmə qeydə alınıb. Belə ki, XRP-nin dəyəri son sutkada 1.22%, BNB-nin isə 0.41% aşağı düşüb.
Qeyd edək ki, “Bitcoin” bu il özünün rekord həddinə mayın 22-də çatıb. Həmin gün bu kriptovalyutanın qiyməti 110 000 ABŞ dollarını ötüb.