Coinmarket.cap analitik şirkətinin məlumatına görə Bitcoin də daxil olmaqla qlobal kriptovalyuta bazarının dəyəri 24 saat ərzində təxminən 3,1 faiz artaraq 1,12 trilyon dolları keçib.
BBN.az xəbər verir ki, ən böyük kriptovalyuta olan Bitcoin-in qiyməti bu həftə 3,5 faiz artıb. Belə ki, 30 min dolların üzərində sınaqdan keçən bitkoin 17,20 TSİ etibarilə 29 min 588 dollardan alınıb. Avqust ayından etibarən Bitcoin 30.000 dollardan aşağı ticarət olunur.
Bu arada bitkoinin dəyər artımı son 7 gündə 11 faizə yaxınlaşıb və bazar dəyəri 579 milyard dolları keçib.