Home » “Biznesə daxilolma” İşçi qrupunun iclası keçirilib

“Biznesə daxilolma” İşçi qrupunun iclası keçirilib

by ulviyya
0 rəy 2 baxış 3 dəqiqə oxuma

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Biznesə daxilolma” İşçi qrupunun iclası keçirilib.  Tədbirdə İşçi qrupun üzvləri və onun fəaliyyətinə bilavasitə cəlb olunmuş məsul şəxslər, hüquq və konsaltinq şirkətlərinin nümayəndələri iştirak ediblər.

İşçi qrupun rəhbəri, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva görüş iştirakçılarını salamlayaraq gündəlikdə olan məsələləri diqqətə çatdırıb.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev Dünya Bankı Qrupunun yeni «Business Ready» hesabatının metodologiyası və qarşıda duran prioritetlər barədə məlumat verib. Bildirib ki, hesabat dünya ölkələrində biznes mühitini özəl sektorun inkişafı kontekstində qiymətləndirir. Azərbaycanın 2025-ci ilin sentyabr ayında nəşr olunacaq hesabata daxil ediləcəyi gözlənilir. Vüsal Şıxəliyev bu layihənin ölkədə biznes sahələrinin funksionallığı, bütövlükdə özəl sektorun inkişafına təsir göstərən biznes qaydaları və dövlət xidmətlərinin müqayisəli qiymətləndirilməsi kimi komponentlərə əsaslandığını diqqətə çatdırıb.

Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva “Yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı prosedurlarındakı yeniliklər, biznesə daxilolma sahəsində ən son islahatlar və “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi” çərçivəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə təqdimatla çıxış edib. Biznesin təsis edilməsi praktikasının qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirildiyini bildirən S.Musayeva startaplar üçün rəqəmsal dövlət xidmətlərinin və informasiyanın şəffaflığının artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. Qeyd edib ki, yenilənmiş qanunvericiliyə əsasən, yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı prosedurları eyniləşdirilib. Bu yenilik ölkədə xarici subyektlər üçün elektron qeydiyyat xidmətini tamamilə əlçatan etməklə biznesə başlama prosesini asanlaşdırıb. Nəticədə, xarici investisiyalı MMC-lərin e-dövlət qeydiyyatı zamanı işçilərlə ilk dəfə bağlanmış əmək müqaviləsi məlumatlarının ƏƏSMN-nin e-informasiya sisteminə ötürülməsi, e-ərizəyə hüquqi ünvanı təsdiq edən sənədin əlavə olunmasına dair tələbin aradan qaldırılması, xarici fiziki şəxslərlə yanaşı elektron dövlət qeydiyyatından xarici hüquqi şəxslərin də istifadə etməsi mümkün olacaq. Eyni zamanda, diqqətə çatdırılıb ki, elektron apostil verilmiş xarici mənşəli sənədləri müvafiq proqram vasitəsilə yoxlamaqla onların tərcüməsinin informasiya sistemi üzərindən notarius tərəfindən distant rəsmiləşdirilməsi və ünvana çatdırılması xidmətinin yaradılması istiqamətində işlər həyata keçirilir.

S.Musayevanın sözlərinə görə, “Biznesə daxilolma” sahəsində həyata keçirilmiş 2022-2023-cü illər üzrə Yol Xəritəsi çərçivəsində qeydiyyat prosesində sanksiya tətbiq edilməli şəxslərin nəzərə alınması və kommersiya hüquqi şəxsin rəhbərinin səlahiyyət müddəti bitdikdə elektron kabinetdən istifadəsinin məhdudlaşdırılması kimi tədbirlər görülüb. Bundan başqa, yerli investisiyalı MMC-lər üçün məlumat dəyişikliyi elektronlaşdırılıb. Kommersiya hüquqi şəxsin adının unikallığı ilə bağlı imtina üçün əsaslar yaradılıb. Bütün bunlar biznes qurmaq istəyənlər üçün zəruri qaydaların mərhələlərinin, prosedurların və vaxt itkisinin əhəmiyyətli şəkildə azalmasına yol açıb. S.Musayeva qarşıdakı dövrdə xarici investisiyalı hüquqi şəxslər üzrə xarici dildə sənədlərin autentifikasiyası və elektron xidmətlərin genişləndirilməsi sahəsində görüləcək işlər barədə də iclas iştirakçılarını məlumatlandırıb.

İclas çərçivəsində İşçi qrupun üzvü, Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin Konsulluq məsələləri şöbəsinin müdiri Anar Məmmədov təmsil etdiyi qurumun “Konsul leqallaşdırılması” informasiya sisteminin təsis edilməsi və leqallaşdırılmış sənədlərin tərcüməsinin “Elektron notariat” informasiya sistemi üzərindən notarius tərəfindən distant rəsmiləşdirilməsi və ünvana çatdırılması xidmətinin yaradılması istiqamətində görülmüş işlər barədə məlumat verib.

İclasın davamında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva “Biznesə daxilolma” sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlili üzrə təqdimatla çıxış edib.

İşçi qrupun üzvləri müzakirələr zamanı ölkədə biznes mühitinin yaxşılaşdırılması və beynəlxalq reytinqlər üzrə yüksək nəticələrin əldə olunması məqsədilə qarşıda duran vəzifələr, o cümlədən təkliflərin təqdim edilməsi ətrafında fikir mübadiləsi aparıblar.

İclasda yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı prosedurlarındakı yeniliklər və biznesə daxilolma sahəsində həyata keçirilmiş islahatlar müzakirə edilib. Müxtəlif qurumların nümayəndələri, özəl şirkətlərin təmsilçiləri, ekspertlər layihə ilə bağlı təkliflərini səsləndiriblər.

Qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə daxilolma” işçi qrupuna rəhbərliyi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti həyata keçirir (https://azranking.az/az/working-groups).

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.