Home » BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb – Foto

BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb – Foto

by ulviyya
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Energetika naziri Pərviz Şahbazov ilə BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo arasında görüş olub.

Görüşdə Azərbaycan və BMTİP uzunmüddətli əməkdaşlıq əlaqələrinin enerji sahəsində inkişafı “yaşıl enerji” texnologiyaları, enerji səmərəliliyindən geniş istifadə, həmçinin COP29-a sədrlik müstəvisində nəzərdən keçirilib və əməkdaşlıq imkanları dəyərləndirilib. Azərbaycanın hazırda bərpa olunan enerji mənbələrinin istehsalı və ixracı, regional “yaşıl enerji” interkonnektorlarının qurulması üzrə həyata keçirdiyi layihələrin icra vəziyyəti, həmçinin enerji səmərəliliyi sahəsində görülən tədbirlərdən bəhs edilib. Azad edilmiş ərazilərin enerji təminatının “yaşıl enerji zonası” konsepsiyasına əsaslandığı, burada istehsal olunan enerjinin daxili istehlakla bərabər ixraca yönəldilməsi ilə bağlı planları qeyd olunub.

Söhbət zamanı bələdiyyə, ictimai binalar, məktəblərdə enerji səmərəliliyi aspektində tədbirlərin görülməsi, yeni yaradılmış “Enerji Effektivliyi Fondu”nun fəaliyyəti, bərpa olunan enerjidən istifadə etməklə mərkəzləşdirilmiş istilik təchizatının qurulması, həmçinin “Elektromobillik üzrə Milli Plan”ın hazırlanması və həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Ölkəmizin bərpa olunan enerjinin inkişafı istiqamətində həyata keçirdiyi kurs təqdir edilib və BMT-nin inkişaf Proqramının müvafiq istiqamətlərdə əməkdaşlığa hazır olduğu bildirilib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.