
6 noyabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “İnternational” ASC-nin istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
Qeyd olunan istiqrazların yerləşdirilməsi 7 noyabr 2024-cü il tarixində Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
| Emitentin adı | BOKT “İnternational” ASC |
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2020021021 / AZ2018021025 |
| İstiqrazın növü və forması | İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı |
| Ticarət üsulu / forması | Kütləvi / Rəqabətli |
| İstiqrazın sayı | 500 (ədəd) |
| İlkin ticarət qiyməti | 1,000 manat |
| İstiqrazın buraxılış həcmi | 500,000 manat |
| İllik gəlirlilik faizi | 15% |
| Ödəmə Periodu | İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən dövri olaraq hər 30 gündən bir |
| Tədavül müddəti | 2 il |
| Ticarətə buraxılma tarixi | 07.11.2024 |
| Anderrayter | “Paşa Kapital İ.Ş” QSC |







