12 may 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “INTERNATIONAL” ASC-nin ümumi dəyəri 3,000,000 (üç milyon) manat olan səhmləri standart bazar seqmentində listinqə daxil edilmişdir.
Qeyd olunan səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
Qiymətli kağızların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN | Səhmlərin növü və forması | Səhmlərin sayı | Nominal Dəyəri | Yerləşdirmə forması | Anderrayter |
AZ1001021026 | Adi adlı sənədsiz səhm | 3000 (ədəd) | 1,000 manat | Abunə yazılışı | “AzFinance İnvestisiya Şirkəti” QSC |