
Böyük Britaniya Dunkan Normanı Azərbaycana yeni səfir təyin edib.
Norman Britaniyanın Bakıdakı diplomatik missiyasının rəhbəri vəzifəsinə təyinat alıb.
Dunkan Norman “X” sosial şəbəkəsindəki paylaşımında Azərbaycandakı növbəti səfir təyin olunmaqdan şərəf duyduğunu bildirib: “Böyük Britaniya-Azərbaycan tərəfdaşlığını dərinləşdirmək məqsədilə ikitərəfli münasibətlərimizin əsasları üzərində irəliləməyi və ortaq prioritetlərimiz üzrə mühüm işi davam etdirməyi səbirsizliklə gözləyirəm”.
Qeyd edək ki, Norman bu vəzifədə Ferqus Auldu əvəz edəcək. O, səlahiyyətlərinin icrasına 2026-cı ilin may ayında başlayacaq.
Dunkan Norman 1990-cı ildən diplomatik xidmətdə çalışır. O, müxtəlif ölkələrdə Böyük Britaniyanın diplomatik nümayəndəliklərində fəaliyyət göstərib. 1998–2000-ci illərdə Ermənistanda missiya rəhbərinin müavini olub, 2016–2021-ci illərdə isə Albaniyada Böyük Britaniyanın səfiri vəzifəsini icra edib.




