Home » Böyük Britaniya beş min sürücünü viza ilə təmin edəcək

Böyük Britaniya beş min sürücünü viza ilə təmin edəcək

by bbnadm
0 comment 1 views 1 minutes read

Böyük Britaniyada neft hasilatı və emalı ilə məşğul olan nəhəng korporasiyalardan biri “British Petroleum”un ölkə daxilində fəaliyyət göstərən yanacaq doldurma məntəqələrinin təqribi 30%-ində yanacaq tükənib.

Şirkət rəsmiləri baş verən bu hadisənin artan tələbi qarşılamaq üçün yetərli təklifin təmin edilə bilməməsi kimi açıqlayıb. Belə ki, “Brexit” sonrası ölkədə neft və neft məhsullarının daşınması üçün yetərli sayda yük maşını olsa da, yük maşınlarının idarəsi üçün yetərli sayda ixtisaslı sürücülər mövcud deyil. Yük maşını sürücülərinin azlığı səbəbindən “BP” özünün ölkədəki 1200 YDM-ini vaxtlı-vaxtında yanacaqla təmin edə bilmir.

Artıq üç gündür ki, ölkədə avtomobillərin YDM-lərdə növbə sıxlıq yaratmasından sonra ölkənin nəqliyyat naziri mətbuata açıqlama verib və açıqlamasında bildirib ki, ölkədə yanacaq qıtlığından qəti söhbət belə gedə bilmək sadəcə təminat məsələsində problemlər yaşanıb.

Qeyd edək ki, “Reuters”ə istinadən, sözügedən problemin həlli istiqamətində hökumət tərəfindən xarici vətəndaşlığı olan 5 min yük maşını sürücüsünə Böyük Britaniyaya daxil olmaq üçün viza verilməsi planlaşdırılır.

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.