Oktyabrın 1-dən Böyük Britaniyada 20 və 50 funt sterlinq kağız əskinaslar yeni polimer seriyalar ilə əvəz edilir.
BBN.az Bank of England-ə istinadən xəbər verir ki, 2016-cı ildə 5 funt sterlinq ilk polimer əskinas idi ki üzərində sabiq Baş nazir Winston Churchill əks edilmişdi.

Adıçəkilən əskinas isə dövriyyədən 2017-ci ilin mayında çıxarılıb. Polimer 10 funt sterlinq isə 5 funt sterlinq ilə bir ildə təqdim edilib, üzərində isə yazıçı Jane Austen-in təsviri olub. Dövriyyədən isə 2017-ci ilin sentyabrında çıxarılıb.
Bankdan qeyd edilib ki, köhnə 20 və 50-lik əskinasları müştərilər 30 sentyabrdan sonra istifadə edə bilməyəcəklər, ancaq bir çox banklar onu depozit kimi qəbul edəcək, eləcə də bəzi Poçt Xidmətləri. Kağız əskinaslar isə Bank of England-a qayıdacaq. 30 sentyabrdan sonra ancaq polimer əskinasın leqal tender statusu olacaq.
Polimer 20-lik əskinasın üzərində rəssam JMW Turner-in, 50-lik əskinasın üzərində isə riyaziyyatçı Alan Turing əks edilib.
Qeyd edək ki, polimer pulların üstünlüyü su keçirməməsi, çirklənməməsi, uzunömürlü olması, asanlıqla yenilənə bilməsi, saxta variantını yarada bilməmək ilə bağlıdır.