

2025-ci ilin birinci rübündə BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşlar Azərbaycanda həyata keçirilən sosial investisiya proqramlarına 0,4 milyon ABŞ dollarından çox vəsait sərf ediblər. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 milyon dollar və ya 2 dəfə artım deməkdir.
BBN.az bu barədə BP-nin 2025-ci ilin birinci rübünün yekunlarına dair hesabatına istinadən xəbər verir.
Bundan əlavə, BP ayrıca şirkət olaraq öz adından ölkədə sponsorluq etdiyi sosial layihələrə 2025-ci ilin ilk rübündə təxminən 0,2 milyon ABŞ dolları ayırıb.
Qeyd olunan sosial təşəbbüslər sırasına 13 təhsil layihəsi, yerli bacarıqların artırılması və sahibkarlığın inkişafını hədəfləyən 1 layihə, 5 ekoloji təşəbbüs, eləcə də müxtəlif mövzularda keçirilən 3 konfrans və seminara dəstək daxildir. Ümumilikdə, BP tərəfindən dəstəklənən layihələrin sayı 22-yə çatıb.