4
Dünya bazarlarında neft ucuzlaşıb.
BBN.az xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin sentyabr müqaviləsinin dəyəri 0,34% azalaraq 1 barrelə görə 79,51 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin sentyabrında ixrac etməklə WTI markalı neftin 1 barrelinin qiyməti isə 0,42% azalaraq 1 barrelə görə 75,49 ABŞ dolları təşkil edib.