Home » Bu gün Bitcoin-in qiyməti 7%-dən çox bahalaşıb, 20.000 dolları keçib

Bu gün Bitcoin-in qiyməti 7%-dən çox bahalaşıb, 20.000 dolları keçib

by bbnadm
0 rəy 1 baxış 2 dəqiqə oxuma

Bu gün, çərşənbə axşamı Bitcoin-in qiyməti özünün bir neçə həftə ərzində olan qiymətindən ən yüksək həddə çatıb, lakin hələ də güclü ticarət səviyyəsinə gəlməyib.

BBN.az CNBC Business-ə istinadən xəbər verir ki, CoinDesk-in məlumatına, əsasən dünyanın ən böyük kriptovalyutası Şərq saat qurşağı ilə səhər 3:30-da 7%-dən çox bahalaşaraq 20,265.95 dollara ticarət edilib.

Analitiklərdən biri bildirir ki, ABŞ-ın Mərkəzi Bankının (FED) daha bir faiz artımı qərarı yoldadır, treyderlər ola bilsin ki, özlərini güclü ABŞ dollarına hazırlaya bilərlər, bu isə bitcoin üçün yaxşı xəbər hesab edilə bilər.

Maraqlısı budur ki, Bitcoin-in qiymətinin yüksəlməsi ABŞ səhm bazarının enməsi fonunda baş verir. Belə ki, bazar ertəsi günü S&P 500 2022-ci ildəki ən aşağı səviyyəsinə enmişdi.

Bitcoin-in inkişafı kriptovalyuta bazarında digər kriptoların qiymətinin yüksəlməsinə təsir edib. Məsələn, Ether-in qiyməti 7% artaraq 1,389.75 dollar olub. 

Ancaq hələ də bitcoin qiymət istiqaməti ilə mübarizə aparır və iyunun ortasından, ümumi kripto bazarından təxminən 2 trilyon dolların azalmasından sonra 18.000 və 25.000 dollar arasında ticarət edilir. Noyabrda isə özünün pik həddinə çatıb. 

Kripto investorları ölkənin iqtisadi siyasətini yaxından izləyirlər, çünki bu il dijital valyutalar ABŞ səhm bazarı ilə ayaqlaşır. Yüksək faiz dərəcələri S&P 500 və texnologiya ağırlıqlı səhm bazarı Nasdaq üzərində təzyiq yaradır. Bu isə risk faktoru olan, məsələn, kriptovalyutalar kimi dəyərli vasitələrin qiymətinə təsir edir. 

Qeyd edək ki, ötən həftə ABŞ-ın Mərkəzi Bankı (FED) son 3 ayda ardıcıl 3-cü dəfə faiz dərəcələrinin artırılması ilə bağlı qərar vermişdi, artım isə daha 0.75% idi.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.