Home » Sentyabrın 7-də Bitcoin-in qiyməti iyundan bu yana ən aşağı səviyyəni gördü: Yenidən kriptovalyuta bazarı 1 trilyon dollardan enib

Sentyabrın 7-də Bitcoin-in qiyməti iyundan bu yana ən aşağı səviyyəni gördü: Yenidən kriptovalyuta bazarı 1 trilyon dollardan enib

by bbnadm
0 comments 0 views 1 minutes read

Bitcoin-in qiyməti çərşənbə günü, bu gün 19.000 dollardan aşağıya ticarət edilib, bu isə iyundan bu yana ən aşağı səviyyə olub. Bitcoin-in qiymətində azalma isə qlobal stok marketin enməsi və ABŞ dollarının güclənməyə davam etməsi ilə bağlı olub. 

BBN.az CNBC.com-a istinadən xəbər verir ki, bütövlükdə kriptovalyuta marketi 1 trilyon dollardan aşağı enib, dijital pullar hər yerdə daha ucuza satılıb.

FED-in sərtləşdirmə siyasəti riskli aktivlərə təsir edən ABŞ dollarını gücləndirib. Bitcoin səhmlərə nisbətdə ticarət etdi, buna görə də səhmlər düşərsə, ümumiyyətlə kriptovalyuta da enir. Şərq vaxtı ilə (ET) səhər 03:50-də Bitcoin 18.81236 dollara ticarət edilib. CoinDesk-in məlumatına, əsasən 5%-dən çox enib. Son aylarda Bitcoin-in qazancını geridə qoyan Ether-in qiyməti isə 8%-dən çox enib və 1.518.59 dollara ticarət edilib.

Ekspertlər isə deyirlər ki, dolların qiymətində azalma görməyə başlasaq, bu halda bitcoin-in qiymətləri əvvəlki səviyyəyə çata bilər. Qeyd edilir ki, bitcoin 17.500 dollardan aşağı düşməsə, bazar çox güman ki, 18.000-24.000 dollar aralığında konsolidasiya olunacaq.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.