6
Bu gün “SpaceX” şirkətinin təsisçisi Elon Musk 74-cü Beynəlxalq Astronavtika Konqresində onlayn şəkildə çıxış edəcək.
Bu barədə BBN.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbirə Elon Musk virtual olaraq Bakı vaxtı ilə saat 17:45-də qoşulacaq.
Çıxış Beynəlxalq Astronavtika Federasiyanın veb-saytında, YouTube kanalında, eyni zamanda 74-cü Beynəlxalq Astronavtika Konqresinin X (keçmiş Twitter) platformasındakı rəsmi səhifəsində canlı olaraq yayımlanacaq.