Home » Bu gün Federal Ehtiyatlar Sisteminin yeni qərarı gözlənilir: İnvestorların proqnozları

Bu gün Federal Ehtiyatlar Sisteminin yeni qərarı gözlənilir: İnvestorların proqnozları

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Çərşənbə günü, bu gün ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) növbəti iclası gözlənilir, amerikalı investorların fikrincə, Federal Ehtiyatlar Sistemi (FES) faiz dərəcələrini daha 75 bənd artıracaq. Bu isə FES-in faiz dərəcələrini 2,25% və 2.5% arasında qoruyub saxlamasına kömək olacaq.

Proqnozlara görə isə yeni qərar səhmlər üçün zəif qazancla nəticələnə bilər. Amma S&P 500 indeksi FES-in iyun 15-də keçirilən iclasında 75 bənd faiz artımı qərarından sonra 3%-dən çox (daha dəqiq 3,5%) yüksəlib.

BBN.az Business Insider-a istinadən xəbər verir ki, FES-in iyun iclasından sonrakı faiz artımı ilə bağlı qərarı 1994-cü ildən bəri ən böyük rəqəm idi və bu da ölkədəki yüksək inflyasiyanı aşağı salmaq ehtiyacı (faiz dərəcələrini artırmaqla, ölkədə alıcılıq qabiliyyətini aşağı salmağa çalışır-red.) ilə bağlı idi. 

Müstəqil bazar araşdırmaçısı Bespoke deyib ki, “S&P 500 indeksi 5%-dən endiyi zamanlar olub, halbuki FES-in görüşü zamanı isə index göstəricilərində qazanma olurdu, iclasa qədər isə qazanclar daha da səssizləşirdi”.

S&P 500 indeksi mart ayından başlayan FES günlərinin hər birində müvafiq olaraq 2,24%, 3%, 1.46% artıb. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.