Bu gün S&P 500 fyuçersləri FED-in bu həftəki görüşü ərəfəsində aşağı enib

S&P 500 fyuçersləri bazar ertəsi günü aşağı enib, bu isə iyundan bəri özünün ən pis həftəsi idi. Geriləmə ABŞ-ın Mərkəzi Bankının (FED) bu həftə yaxınlaşan 2 günlük görüşü ilə bağlıdır. 

BBN.az CNBC.com-a istinadən xəbər verir ki, S&P 500 fyuçersləri 0.21%, Dow Jones 0.14%, Nasdaq 100 isə 0.46% aşağı enib.

Bildirək ki, NASDAQ, S&P, Dow Jones səhm bazarıdır. NASDAQ-da ABŞ-ın bir çox yüksək texnologiya şirkətlərinin səhmləri, Dow Jones-da isə 30, S&P-də (Standard & Poor’s 500) isə 500 ən əhəmiyyətli şirkətlərin səhmləri ticarət edilir.

Qeyd edək ki, avqustda ABŞ-da illik inflyasiya 8.3% olub, iyulda isə 8.5% idi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır