Bu gün türk lirəsi rekord səviyyədə ucuzlaşdı: Güclü dollar inkişaf etməkdə olan bazarlara təsir edir

Cümə axşamı günü türk lirəsi rekord səviyyədə aşağı enib, İstanbulda saat 11:30-da lirə dollar qarşısında 18.377-yə ticarət edilib. İl ərzində pul vahidi 27%-dən çox azalmağa davam edib. Türkiyədə investorlar inflyasiyanın 80%-dən çox artmasına rəğmən faiz dərəcələrini azaltmağa davam edəcəklər.

BBN.az CNBC.com-a istinadən xəbər verir ki, 84 milyon insanın yaşadığı Avrasiya mərkəzi son günlərdə böyük bazar çaşğınlığı ilə yanaşı, son illərdə dramatik şəkildə valyuta məzənnəsinin enişinin şahidi olublar. 

Analitiklər isə bildirirlər ki, bu ona görə baş verir ki, ABŞ-ın Mərkəzi Bankı (FED) faiz dərəcələrini yüksəldib və bu isə güclü dollar deməkdir, nəticədə Türkiyə (enerji idxalını dollar ilə alır, dollar ilə olan borclar çoxalır və s.) kimi inkişaf etməkdə olan bazarlar üçün idxal daha bahalı olur.

Qeyd edək ki, 2022-ci ilin avqustunda Türkiyə Mərkəzi Bankı yüksək inflyasiya ilə mübarizə aparmaq üçün faiz dərəcələrini təəccüblü bir şəkildə 100 baza bənd azaldaraq 14%-dən 13%-ə çatdırmışdı. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır