Home » Bu il Dövlət Məşğulluq Xidməti 800-ə yaxın işsiz və işaxtaran şəxsi peşə hazırlığına cəlb edib

Bu il Dövlət Məşğulluq Xidməti 800-ə yaxın işsiz və işaxtaran şəxsi peşə hazırlığına cəlb edib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən bu ilin 6 ayında 800-ə yaxın işsiz və işaxtaran şəxs peşə hazırlığı kurslarına cəlb edilib. 

Onlardan 409-u qadın, qalanları kişilərdir. Həmçinin kurslara cəlb olunanların  255-ni gənclər təşkil edib.

İşsiz və işaxtaran şəxslərin peşə bacarıqlarına yiyələnməklə məşğulluğuna şərait yaradılması məqsədi daşıyan kurslarda aşpaz, dərzi, xalçaçı, kompyuter mühasibliyi, kompyuterçi dizayner, qaynaqçı, istixana operatoru, şirniyyatçı, kopyuter istifadəçisi, vizajist, bərbər və s. peşələr tədris olunub. İştirakçılardan bir qismi artıq kursu bitirib və onlara sertifikatlar təqdim edilib.

Kursların müdavimlərinə minimum aylıq əməkhaqqı məbləğində təqaüd də verilir.

Pandemiya ilə əlaqədar peşə hazırlığı prosesində fasilə yaranan kursların müdavimlərinə Nazirlər Kabinetinin müvafiq qərarı ilə həmin təqaüdlərin verilməsi davam etdirilir.   

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.