Home » Bu ilin 10 ayında 3 033 nəfərə işsizlikdən sığorta ödənişi təyin edilib

Bu ilin 10 ayında 3 033 nəfərə işsizlikdən sığorta ödənişi təyin edilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən cari ilin 10 ayı ərzində ümumilikdə 3 033 nəfərə işsizlikdən sığorta ödənişi təyin edilib.

Ötən ildən ödənişi davam edənlər də daxil olmaqla 12 164 ödəniş (transaksiya) bu müddət ərzində həyata keçirilib..

İşsizlikdən sığorta ödənişi dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək müqaviləsinə xitam verilmiş şəxslər – ən azı 1 il sığorta stajı olduqda təyin edilir. Əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilmiş şəxslərə isə bu ödənişin təyinatı işsizliyin başlanmasından əvvəlki ardıcıl gələn 36 ay ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 35 ay sığorta stajı olduqda həyata keçirilir.

Ötən il “İşsizlikdən sığorta haqqında” qanuna edilən dəyişikliklə sığorta ödənişinin verilməsi qaydaları sadələşdirilib və sığorta məbləğinə artım edilib. Bu yenilik işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə və işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişlənməsinə imkan verib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.