
Burgan Bank, Burgan Bank Turkey-dəki 52 faizlik səhmlərini Kuwait Projects şirkətinə məxsus Al Rawabi United Holding-ə satmağa razılıq verib.
BBN.az Bloomberg’ə istinadən xəbər verir ki, Burgan Bank bölməyə əməliyyat nəzarətini davam etdirəcək və bankı maliyyə hesabatlarında konsolidasiya edəcək.
Sövdələşmənin yaxın bir neçə həftə ərzində bağlanacağı gözlənilir.
Bloomberg-in məlumatına görə satışın Burgan Bank-ın kapital əmsallarına müsbət təsir edəcəyi və türk lirəsindəki dalğalanmanın onun balansına təsirini azaltacağı gözlənilir. Açıqlamada əməliyyatın maliyyə detalları göstərilməyib.




