
“CİB Kapital İnvestisiya Şirkəti” QSC nizamnamə kapitalını 310 min manat və ya 62% azaldaraq 500 min manatdan 190 min manata endirir.
Bununla yanaşı, şirkətin təşkilati-hüquqi formasının dəyişdirilərək məhdud məsuliyyətli cəmiyyətə (MMC) çevrilməsi nəzərdə tutulur.
Qeyd olunan dəyişikliklərin, o cümlədən nizamnamə kapitalının azaldılmasının səbəbi açıqlanmayıb.
Qeyd edək ki, “CİB Kapital İnvestisiya Şirkəti” QSC 2026-cı ilin yanvarında dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Gündüz Gözəlovdur.
Şirkət hazırda Azərbaycan Mərkəzi Bankından investisiya fəaliyyəti üzrə lisenziya almayıb.





