Bazar ertəsi günü Honkonq səhm bazarı neqativ başlayıb və itkilər ilə üzləşib, buna isə Çinin 0-Covid siyasətinə görə davam edən etirazlar səbəb olub.
BBN.az CNBC Business-ə istinadən xəbər verir ki, neftin qiymətləri 2022-ci ilin yeni ən aşağı səviyyəsinə enib, bu isə dünyanın ən böyük ikinci neft istehlakçısının qiymət üzərində təzyiqindən dolayı baş verib.
Belə ki, Honkonqun Hang Seng İndeksi 1.98% enib, Hang Seng Tech İndeksi isə 2.28% azalıb. Çində isə Shanghai Composite 1.03%, Shenzhen Component isə 1% enib. Çinin milli valyutası yuan isə kəskin şəkildə enib, ötən həftə 1 dollar 7.20 yuana ticarət edilirdi.