Home » Çin Azərbaycanda ağıllı layihələrə investisiya imkanlarını nəzərdən keçirir

Çin Azərbaycanda ağıllı layihələrə investisiya imkanlarını nəzərdən keçirir

by yunus
0 comments 1 views 1 minutes read

Çin Azərbaycanda nəqliyyat-logistika, təmiz enerji və ağıllı layihələrə investisiya yatırmaq niyyətindədir. Bu barədə Çinin Dənizaşırı İnkişaf Assosiasiyasının prezidenti He Zenvei Bakıda keçirilən Beynəlxalq İnvestisiya Forumunda çıxış edərkən bildirib.

BBN.az xəbər verir ki, onun sözlərinə görə, forum çərçivəsində Azərbaycana Çindən 20 şirkət gəlib və onların əksəriyyəti özəl sektoru təmsil edir:
“Şirkətlər Azərbaycandakı investisiya imkanlarını araşdırır. Bu forum ölkəyə daha çox sərmayə cəlb etmək baxımından mühüm əhəmiyyət daşıyır. Çində özəl şirkətlər çox fəaldır və Azərbaycan bundan istifadə etməlidir”, – deyə He Zenvei qeyd edib.

O, Çinin Azərbaycanda investisiya üçün prioritet sahələrinə də toxunub:
“Əvvəllər daha çox neft-qaz sektoruna yönəlirdik. İndi isə diqqəti qeyri-neft sahəsinə artırırıq. Bu da Azərbaycan üçün vacibdir, çünki ölkə haqlı olaraq öz qeyri-neft sektorunu inkişaf etdirməyə çalışır. Bizim əsas maraq dairəmiz nəqliyyat-logistika, təmiz enerji (külək, günəş) və ağıllı layihələrdir (ağıllı şəhərlər, binalar və s.)”.

Forumda çıxış edən Böyük Britaniyanın ixracatın maliyyələşdirilməsi qurumu “UK Export Finance”-in nümayəndəsi Kris Allum da Azərbaycanda nəqliyyat-logistika və təmiz enerji layihələrinin həyata keçirilməsində maraqlı olduqlarını bildirib:
“Britaniyada ixrac maliyyələşməsi əsasən ödənişli yollar, dəmir yolları kimi nəqliyyat və logistika layihələrinə yönəlir. Türkiyədə bu sahədə böyük təcrübə qazanmışıq. İkinci önəm verdiyimiz istiqamət isə dekarbonizasiya və təmiz enerjidir. Azərbaycanda bu layihələrin reallaşmasına dəstək verə bilərik”, – deyə Allum vurğulayıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.