Çin illik iqtisadi artım hədəfinə çatmayacağının siqnalını verdi

Dünyanın ikinci ən böyük iqtisadiyyatına malik olan Çin Covid-dən meydana gələn qapanmalardan dolayı illik iqtisadi artım hədəfinə çatmaya bilər. Kommunist Partiyasının qanunlarını ərsəyə gətirən aparıcı siyasi bürodan deyiblər ki, Çinin hədəfi illik artım proqnozunu məqbul səviyyədə saxlamaqdır. 

BBN.az xəbər verir ki, büro daha öncə təyin etdikləri 5.5%-lik illik artım hədəfi haqqında məlumat verməyib. Çin hələ də 0 Covid strategiyasına davam edir, şəhərlərin (məsələn, Şanxay maliyyə və sənayə habı) bəziləri tam, yaxud qismən qapanmaya gedib. 

Ölkə prezidenti Şi Cinpinqin rəhbərlik etdiyi, 25 nəfərdən ibarət olan Bürodan deyiblər ki, “onlar çalışacaqlar ki, mümkün olan olan ən yaxşı nəticəni əldə etsinlər”.

Analitiklər isə deyiblər ki, 5.5%-lik illik artım proqnozu Çin üçün artıq keçərli deyil və bu rəqəmə çatmaq onlar üçün çətin olacaq. 

2020-ci ildə isə Çin pandemiyadan dolayı ÜDM hədəflərini ləğv etdi. Bildirək ki, Ümumi Daxili Məhsul (ÜDM) iqtisadiyyatın həcmini ölçən alətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır