
Bu ilin yanvar-iyun aylarında 22 690 nəfərə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı həyata keçirilib.
BBN.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.
Məlumata əsasən, proaktiv qaydada pensiya təyin olunan şəxslərin 54,53%-ni kişilər, 45,47%-ni isə qadınlar təşkil edib.
Qeyd edək ki, proaktiv pensiya təyinatı sistemi vətəndaşların hər hansı müraciət etməsinə ehtiyac qalmadan, müvafiq hüquq yarandıqda pensiyanın elektron qaydada avtomatik təyin edilməsini təmin edir.




