ABŞ-ın ən yüksək rütbəli şəxsinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin səfərindən və Çinin hərbi əməliyyatları dayandırmasından sonra Tayvanın Asiya-Sakit bazarında səhmlərinin qiyməti yüksəlib.
BBN.az CNBC.com-a istinadən xəbər verir ki, Tayvanın Taiex şirkətinin səhmləri 2.03%, çip istehsalçısı TSMC-nın səhmləri 3% yüksəlib. Bu həftə Pelosinin səfəri çərçivəsində ABŞ və Çin arasında aqressiyanın artması nəticəsində index ticarəti aşağı idi.
Maraqlıdır ki, Çinin hərbi şousundan sonra market bazarı buna təəccüblə reaksiya verməyib, ancaq Yaponiyanın Müdafiə naziri Nobuo Kishi deyib ki, “Çinin raket hücumları Yaponiyanın xüsusi iqtisadi zonasına düşüb, hərbi təlimləri ciddi problem olaraq qiymətləndirib”, – deyə NBC News-un hesabatında deyilib.
Nikkei 225 Yaponiyada 0.78%, Topix indeksi isə 0.75% dəyər qazanıb. Avstraliyanın S&P/ASX 200 indeksi 0.43% yüksəlib, Avstraliyanın Mərkəzi Bankı isə özünün inflyasiya proqnozuna yenidən baxıb və xəbərdarlıq edib ki, iqtisadiyyatı yavaşlama gözləyir. Cənubi Koreyada Kospi 0.87%, Kosdaq isə 0.84% dəyər qazanıb. Honkonq-un Hang Seng index-i isə cüzi miqdarda dəyər qazanıb.