Çinin iqtisadiyyatı daşınmaz əmlak sektorundakı böhrana rəğmən 2024-cü ilin I rübündə proqnozlardan daha çox inkişaf edib.
BBN.az BBC Business-ə istinadən xəbər verir ki, rəsmi datalara əsasən son 3 ayda Ümumi Daxili Məhsul (ÜDM – Bir il ərzində ölkədə istehsal edilən mal və xidmətlərin ümumi dəyərini ifadə edir-red.) illik əsasda 5.3%-ə qədər böyüyüb.
Nəticələr isə 4.6% ÜDM-nin olacağı ilə bağlı daha öncəki proqnozları üstələyib. Ötən ay rəsmi Pekin daha qərarlı hədəflər (illik iqtisadi inkişafı 5%-ə çatdırmaq) müəyyən etmişdi.
Qeyd edək ki, Çin liderlərinin mart ayında keçirilən illik toplantısında isə rəsmilər iqtisadiyyatın 2023-cü ildə 5,2% artdığını bildiriblər.