
Çinin qlobal elektron ticarət (e-commerce) sahəsindəki genişmiqyaslı ekspansiyası ciddi maneələrlə üzləşib.
Yaxın Şərqdə, xüsusilə də İran-İsrail gərginliyi fonunda regionda artan hərbi qarşıdurmalar təchizat zəncirindəki xərcləri kəskin şəkildə yüksəldib. Çatdırılma marşrutlarının uzanması və logistik risklərin artması fonunda qiymətlərin bahalaşması istehlakçı tələbatını əhəmiyyətli dərəcədə azaldıb. Bu, Çin şirkətlərinin beynəlxalq bazarlardakı rəqabət qabiliyyətinə mənfi təsir göstərən əsas amillərdən biri kimi qiymətləndirilir. Analitiklər xəbərdarlıq edir ki, hərbi gərginlik davam edəcəyi təqdirdə, Çinin e-ticarət nəhəngləri həm logistik problemlərlə, həm də dünya üzrə azalan alıcılıq qabiliyyəti ilə daha uzun müddət mübarizə aparmalı olacaqlar.




