Home » “COVID – 19 pandemiyası dövründə qadın sahibkarlığının dəstəklənməsi” layihəsi

“COVID – 19 pandemiyası dövründə qadın sahibkarlığının dəstəklənməsi” layihəsi

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

01 oktyabr 2020-ci il tarixindən etibarən AMFA Ismayıllı rayonunda Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə “COVID – 19 pandemiyası dövründə qadın sahibkarlığının dəstəklənməsi” layihəsinin icrasına start vermişdir.Layihə İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi ilə əməkdaşlıqla həyata keçiriləcək.

Layihənin əsas məqsədi COVİD – 19 böhranı dövründə iqtisadi zərəri minimallaşdırmaq,   gəlir mənbələrinin yaradılmasında və karonavirusdan sonrakı mərhələyə hazırlıqda qadınlara (o cümlədən sağlamlıq imkanları məhdud qadınlara) dəstək verməkdir.

Layihə sağlamlıq imkanları məhdud qadınlar da daxil olmaqla, kənd icmalarından olan 40 nəfər qadının biznes bacarıqlarının, maliyyə savadlılığının, maliyyə resurslarına çıxışının və təşkilati bacarıqlarının yaxşılaşmasına kömək edəcək. Onlar biznes fəaliyyətinə başlamaq üçün sərmayə kapitalı ilə təmin olunacaq.

Layihə həmçinin COVİD-19-un DİM 1-yoxsulluğun azaldılması, DİM 2 – aclığın aradan qaldırılması, DİM 3 –  yaxşı səhhət və rifah, DİM 4 – keyfiyyətli təhsil, DİM 5- gender bərabərliyi və DİM 8- layiqli iş və iqtisadi inkişaf kimi məqsədlərə mümkün mənfi təsirin aradan qaldırılmasına töhfə verəcək.

Əlavə məlumat üçün əlaqə: Xanım Jalə Hacıyeva, Azərbaycan Mikromaliyyə Assosiasiyasının İcraçı Direktoru

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.