Home » Dərman testlərindən sonra “Fujifilm” səhmləri bahalaşıb

Dərman testlərindən sonra “Fujifilm” səhmləri bahalaşıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Çərşənbə günü Çin rəsmiləri tərəfindən aparılan yapon istehsalı “Avigan” preparatının testləri müsbət nəticə verib. 2014-cü ildə yaradılan və “Favipiravir” adı ilə tanınan bu preparat “İnfluenza” xəstəliyi ilə yanaşı, 2016-cı ildə Qərbi Afrkada tüğyan edən “Ebola” virusunun da müalicəsində istifadə olunub. Çin həkimlərinin kliniki sınaqları nəticəsində bu dərman preparatının həm də koronavirusa yoluxmuş yüngül və orta dərəcəli xəstələri heç bir əks təsirə məruz qoymadan 4 gün ərzində sağalda bildiyi ortaya çıxıb.

Dərman preparatının istehsalçısı “Fujifilm” markalı fotoaparatların istehsalçısı olan “Fujifilm Holdings”in törəmə qurumu olan “Fujifilm Toyoma Chemical” şirkətidir. Çinli mütəxəssislərin açıqlamasından dərhal sonra, “Fujifilm” səhmləri 15.43% bahalaşaraq 5238 yapon yenindən satılmağa başlayıb.

80 iştirakçı ilə Çinin Şenzen şəhərində keçirilən kliniki sınaqların müsbət nəticəsi koronavirusla mübarizədə böyük bir irəliləyiş kimi qələmə verilib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.