Home » Daha 4 beynəlxalq şirkət Azərbaycanda elektron vergi uçotuna alınıb

Daha 4 beynəlxalq şirkət Azərbaycanda elektron vergi uçotuna alınıb

by Zeyneb
0 comments 0 views 1 minutes read

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəqəmsal iqtisadiyyatda vergi tənzimləmələrinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar çərçivəsində daha 4 beynəlxalq şirkəti elektron qaydada vergi uçotuna alıb.

Vergi uçotuna alınan şirkətlər ABŞ-nin “Xsolla (USA), Inc.”“Valve Corporation”, Böyük Britaniyanın “Formula One Digital Media Limited”, eləcə də Almaniyanın “Cleverbridge GmbH” şirkətləridir.

“Valve Corporation” və “Cleverbridge GmbH” şirkətlərinin ƏDV məqsədləri üçün qeydiyyatı sentyabrın 1-dən qüvvəyə minəcək. Digər iki şirkətin qeydiyyatı isə artıq qüvvədədir.

Qeyd edək ki, bu ildən Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, sentyabr ayından etibarən Azərbaycanda elektron ticarət qaydasında xidmət göstərən və ölkə üzrə illik dövriyyəsi 10 min ABŞ dollarını aşan qeyri-rezident rəqəmsal xidmət təchizatçılarının vergi orqanında elektron qeydiyyatı məcburi olacaq.

Dəyişikliklərin əsas məqsədi beynəlxalq rəqəmsal platformaların vergi öhdəliklərini yerinə yetirməsini sadələşdirmək, bərabər rəqabət mühiti yaratmaq və rəqəmsal iqtisadiyyatda şəffaflığı artırmaqdır.

Vergi orqanında qeydiyyatdan keçmiş qeyri-rezident rəqəmsal xidmət təchizatçılarından xidmət əldə edilərkən ƏDV alıcının hesabından banklar tərəfindən tutulmur. Qeydiyyatdan keçmiş şirkətlər ƏDV-ni özləri hesablayır, bəyan edir və dövlət büdcəsinə ödəyirlər.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.