Home » Daha bir qrup müharibə veteranı üçün kiçik bizneslər yaradılıb

Daha bir qrup müharibə veteranı üçün kiçik bizneslər yaradılıb

by anar
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən müharibə veteranları üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslərin yaradılması işləri davam edir.

Bu gün Bakı və bölgələrdə daha bir qrup müharibə veteranı, o cümlədən Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan şəxs seçdikləri fəaliyyət istiqamətləri (avtotəmizləmə və avtoçilingər) üzrə lazımi avadanılıqlarla təmin edilməklə onlar üçün kiçik bizneslər qurulub.

Tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 20,3 min şəxs aktiv məşğulluq proqramlarına cəlb olunub. Onlardan 10,3 min şəxs özünüməşğulluq proqramına cəlb edilməklə onlar üçün proqramın dəstəyi ilə kiçik təsərrüfatlar yaradılıb.

Proqrama cəlb edilən şəxslər ilk olaraq təlimlərə cəlb edilir, daha sonra isə qiymətləndirmədən keçərək aktivlərlə təmin olunurlar.

Aktivlərlə təmin olunan şəxslərə sonrakı mərhələdə biznesin idarə edilməsi və inkişafı ilə bağlı məsləhət xidmətləri də göstərilir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.