Daha bir texnologiya nəhəngi bir trilyonu keçib

Dünyada ən çox istifadə olunan “Google” məhsullarının əsas təminatçı şirkəti “Alphabet Inc”  bazar kapitalizasiyası trilyon ABŞ dollarını ötüb. Bununla da, şirkət “Amazon”, “Microsoft” və “Apple” şirkətlərindən sonra bir trilyon dolları keçən  dördüncü texnologiya nəhəngi olub. “Wall Street” şirkətin belə sürətli inkişafının növbəti rüblərdə də davam edəcəyini bildirib.

“Google”un son onillikdə sürətlə inkişaf etməsinin və 2010-cu il göstəricilərinə nisbətdə 10 dəfə daha çox gəlir qazanmasının əsas səbəbləri kimi, reklam biznesindən əldə edilən böyük gəlir kütləsi, “Waymo” kimi bir sıra böyük texnologiya şirkətlərini satın alması və bulud texnologiyasına irihəcmli investisiyalar həyata keçirməsi göstərilir.

620 milyardlıq bazar kapitalizasiyası ilə trilyon dollarlıq şirkətlər siyahısına adını yazdıracaq növbəti şirkətin “Facebook” şirkəti olması proqnozlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır