Home » “Daxili Audit” üzrə Ekspert Qrupunun növbəti görüşü keçirilib

“Daxili Audit” üzrə Ekspert Qrupunun növbəti görüşü keçirilib

by bbnadm
0 comment 1 views 1 minutes read

6 mart 2020-ci il tarixində “Rabitəbank ASC”-nin baş ofisində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Daxili Audit” Ekspert Qrupunun növbəti iclası keçirilib.

Tədbir Ekspert Qrupunun sədri Elgün Qurbanovun açılış nitqi ilə başlayıb. Daha sonra “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Daxili Audit departamentinin baş auditoru Ramil Hacıbalayev, department direktorunun müavini Fərid Orucov və Daxili Auditorlar İnstitutunun Azərbaycan nümayəndəliyinin prezidenti Əziz Fətəliyev çıxış ediblər. İclas zamanı banklarda agile audit fəaliyyəti, daxili auditdə benchmarking və bir sıra digər məsələlər ilə bağlı fikir və təcrübə mübadiləsi aparılıb.

Sonda Ekspert Qrupunun sədri Elgün Qurbanov növbəti görüş reqlamentinin müəyyən edilməsi ilə bağlı bağlanış nitqi ilə çıxış edib.

Xatırladaq ki, Daxili audit ekspert qrupunun yaradılması haqqında qərar 16 yanvar 2019-cu il tarixində ABA-nın Rəyasət Heyətinin iclasında qəbul edilib.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.