Home » DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təlimləri uğurla bitirən benefisiarlara sertifikatlar təqdim edilib

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təlimləri uğurla bitirən benefisiarlara sertifikatlar təqdim edilib

by anar
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təlimləri uğurla başa vurmuş 70 nəfərdən çox şəxsə sertifikatlar təqdim olunub.

Tədbirdə Mərkəzin direktoru Nigar Məmmədova, Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədr müavini Ülvi Abasquliyev və Nazirlik yanında İctimai şuranın sədri Elşad Məmmədov çıxış ediblər.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin həssas qrupların yaradıcı potensialının, bacarıqlarının inkişaf etdirilməsində mühüm rola malik olduğu vurğulanıb.

Qeyd olunub ki, 2021-ci ilin oktyabr ayında açılışı olan Mərkəzdə ötən dövrdə həssas əhali qruplarından olan 470-dən çox şəxs 14 fəaliyyət istiqaməti üzrə təlimlərə cəlb olunub, eyni zamanda onlara zəruri sosial-psixoloji dəstək xidmətləri göstərilib. Hazırda Mərkəzdə 186 şəxsə xidmətlər göstərilir.

Sonra 2022-2023-cü illər ərzində Mərkəzin bədii oyma, dulusçuluq, təsviri incəsənət, kulinariya, fotoqrafiya, rəqs və idman (kapoeyra) istiqamətləri üzrə təlimlərdə uğurlu nəticə göstərən benefisiarlara sertifikatlar təqdim edilib.

Tədbir çərçivəsində Mərkəzin yaradıcılıq studiyaları ilə tanışlıq olub, qonaqlar benefisiarların əl işlərinə baxıblar.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.