Home » DOST mərkəzlərində ödənişsiz göz müayinəsi aksiyası davam etdirilir

DOST mərkəzlərində ödənişsiz göz müayinəsi aksiyası davam etdirilir

by ulviyya
0 rəy 2 baxış 1 dəqiqə oxuma

“Badam Medical Center” DOST mərkəzlərində növbəti dəfə “Ödənişsiz göz müayinəsi günləri” aksiyası keçirir. Aksiya DOST mərkəzlərinə müraciət edən bütün vətəndaşlar və mərkəzlərin əməkdaşları üçün nəzərdə tutulub. Müayinələr bu dəfə Nizami rayonu, Heydər Əliyev prospekti, 183 b. ünvanında yerləşən 3 saylı Bakı DOST Mərkəzində aparılır. Mərkəzin binasında müasir oftalmoloji cihazlar quraşdırılıb. Göz müayinələri peşəkar oftalmoloq-cərrahlar tərəfindən saat 9:00-dan 17:00-dək aparılır. Aksiya vətəndaşlar və əməkdaşlar tərəfindən böyük maraqla qarşılanıb.

DOST mərkəzinə müraciət edən vətəndaşlar könüllülər tərəfindən məlumatlandırılaraq müayinələrin aparıldığı guşəyə yönləndirilir. Vətəndaşlar burada qeydiyyatdan keçdikdən sonra ödənişsiz göz müayinəsindən keçirlər. Gündəlik 100-ə yaxın vətəndaşın göz müayinəsi aparılır, həkimlər tərəfindən müvafiq məsləhətlər verilir, eynək və müalicə üçün reseptlər yazılır. Cərrahi müdaxiləyə ehtiyacı olanlara isə “Badam Medical Center”də icbari tibbi sığorta ilə ödənişsiz əməliyyat oluna biləcəkləri haqqında məlumat verilir.

Qeyd edək ki, müayinələr qarşıdakı günlərdə də davam edəcək. Aksiyanın növbə ilə bütün DOST mərkəzlərində keçirilməsi nəzərdə tutulur.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.