Home » DOST-un layihəsi Beynəlxalq Sosial Təminat Assosiasiyasının “Avropa üzrə Ən Yaxşı Mütərəqqi Təcrübə” mükafatına layiq görüldü

DOST-un layihəsi Beynəlxalq Sosial Təminat Assosiasiyasının “Avropa üzrə Ən Yaxşı Mütərəqqi Təcrübə” mükafatına layiq görüldü

by anar
0 comments 0 views 1 minutes read

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi tərəfindən Beynəlxalq Sosial Təminat Assosiasiyasının 2024-cü il üçün “Avropa üzrə Ən Yaxşı Təcrübə” müsabiqəsinə təqdim edilən “Əlilliyə görə ödənişlərin proaktiv təyinatı” layihəsi müsabiqədə uğur qazanıb.

Müstəqil münsiflər heyətinin qərarı ilə layihə BSTA-nın “Ən yaxşı mütərəqqi təcrübə” xüsusi qeydli Fəxri Diplomuna layiq görülüb. Yaxın günlərdə Portuqaliyada keçiriləcək mükafatlandırma mərasimində həmin mükafat DOST Agentliyinə təqdim ediləcək.

Əlilliyə görə ödənişlərin proaktiv təyinat mexanizmi layihəsi həmin ödənişlərin müraciət olunmadan və sənəd təqdim edilmədən elektron sistem üzərindən proaktiv qaydada təyin olunmasını ehtiva edir.

Bundan əvvəl həmin layihə Vyanada (Avstriya) Essl Fondunun keçirdiyi “Zero Project Awardees 2024” müsabiqəsində də qalib gələrək həmin Fondun xüsusi mükafatı ilə təltif olunub.

Ötən dövrdə DOST Agentliyi və onun tabeliyindəki strukturlar beynəlxalq qurumların 20-dən çox mükafat və sertifikatı ilə təltif olunub.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.