Home » Dövlət Vergi Xidmətində sahibkarlarla keçirilən görüşlərin sayı açıqlanıb

Dövlət Vergi Xidmətində sahibkarlarla keçirilən görüşlərin sayı açıqlanıb

by anar
0 comment 2 views 1 minutes read

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Vergi siyasəti baş idarəsi tərəfindən 2021-2023-cü illər ərzində sahibkarlarla 74 görüş təşkil olunub, aidiyyəti dövlət orqanlarının və ictimai təşkilatların keçirdiyi 96 görüşdə iştirak təmin edilib.

BBN.az bu barədə DVX-ya istinadən xəbər verir.

Məlumata görə aidiyyəti funksional strukturların nümayəndələrinin iştirakı ilə sahibkarlarla keçirilmiş görüşlərin 40-ı bir neçə sahəni əhatə edən ümumi xarakterli, 48 görüş maliyyə, səhiyyə, təhsil, turizm, informasiya texnologiyaları, nəqliyyat və s. kimi fəaliyyət sahələrini əhatə edən xidmət sektoru, 30-u qida və içki məhsullarının, 15-i tekstil, tikinti materialları, qablaşdırma, mebel və s. kimi istehsal sahələri, 7-si ticarət, 5-i isə tikinti fəaliyyəti sahəsi üzrə olub.

Bildirilir ki, görüşlərin təşkili məqsədilə statistik məlumatlar (sahədən asılı olaraq, tələbat, özünütəminetmə səviyyəsi və s.), habelə vergi uçot-baza məlumatlarına əsasən sahələrin göstəriciləri təhlil edilib, idxaldan asılılığın azalması, investisiya cəlb olunması üçün gözlənilən təşviq mexanizmləri barədə sahibkarlardan təkliflər alınıb. Bir sıra görüşlərdən sonra verilmiş təkliflərlə bağlı rəy və statistik məlumatların alınması məqsədilə ictimai təşkilatlar və sahibkarlarla könüllü sorğular keçirilib.

“Bütün bunlar sahibkarlıq mühitinin təkmilləşməsi üçün düzgün yol xəritəsinin müəyyənləşdirilməsinə xidmət edir. Vergi qanunvericiliyinin tətbiqi zamanı sahibkarların qarşısına çıxan çətinliklərin öyrənilməsi, bu istiqamətdə dövlət vergi orqanları ilə sahibkarlar arasında qarşılıqlı əməkdaşlığa əsaslanan münasibətlərin qurulması vergi siyasəti üzrə prioritet istiqamətlərdən biridir. Qanunvericiliyin ictimai münasibətlərin tələblərinə uyğunlaşdırılması və icra mexanizmlərinin effektivliyi əlverişli biznes mühitinin formalaşdırılması üçün böyük əhəmiyyət daşıyır. Bu baxımdan biznes təmsilçiləri ilə fəal əməkdaşlıq davamlı olacaq və müasir çağırışlara uyğun təkmilləşdiriləcək”, – DVX-də bildirilib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.