Home » Dövlət Xidmətində Türkiyə Rəqabət Qurumunun rəhbəri ilə görüş keçirilib

Dövlət Xidmətində Türkiyə Rəqabət Qurumunun rəhbəri ilə görüş keçirilib

by anar
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Hər iki ölkədə dayanıqlı iqtisadi inkişafın təmin edilməsində sağlam rəqabət mühitinin formalaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər müzakirə edilib, müvafiq sahədə qarşılıqlı əməkdaşlıq perspektivləri dəyərləndirilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli və Türkiyə Rəqabət Qurumunun rəhbəri Birol Küle arasında ikitərəfli görüş keçirilib.

Görüşdə qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanan və bu ilin 1 iyul tarixindən etibarən qüvvəyə minəcək Rəqabət Məcəlləsində biznes və rəqabət mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində tətbiq olunan müasir yanaşmalar barədə məlumat verilib. Hər iki ölkədə həyata keçirilən antiinhisar nəzarəti və haqsız rəqabətə qarşı mübarizə sahəsində dövlət siyasəti barədə qarşılıqlı fikir mübadiləsi aparılıb. Türkiyə Rəqabət Qurumu və Dövlət Xidməti tərəfindən beynəlxalq standartlar çərçivəsində aparılan peşəkar fəaliyyətin iki ölkənin rəqabət orqanları arasında tərəfdaşlığın genişləndirilməsinə müsbət təsiri vurğulanaraq birgə fəaliyyət proqramının təsdiqi barədə qərar verilib.

Görüş zamanı həmçinin Türkdilli Dövlətlərin Rəqabət Şurası çərçivəsində Şuşa şəhərində keçirilməsi nəzərdə tutulan Rəqabət Forumunun təşkili ilə bağlı praktiki əməkdaşlıq məsələləri müzakirə olunub.

Sonda milli iqtisadiyyatda rəqabətqabiliyyətliliyin yüksəldilməsinin hər iki tərəf üçün əsas strateji hədəf olduğu bildirilib, bu istiqamətdə birgə əməkdaşlığın tərəflər üçün doğura biləcəyi nəticələr ətrafında söhbət aparılıb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.