
2026-cı ilin yanvar-fevral aylarında dövlət qurumlarına 201 kiberhücum indikatoru (IOC) müəyyən edilib.
“Report”un Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatlarına əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 23% azdır. Kiberhücumların 162-si daxili araşdırmalar, 42-si isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması nəticəsində müəyyən edilərək bloklanıb.
2025-ci ildə dövlət qurumlarına 850 kiberhücum qeydə alınıb ki, bunların 372-si daxili araşdırma, 478-i isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması nəticəsində müəyyən edilərək bloklanıb.




