Home » Azərkosmos yerli tərəfdaşlarla əməkdaşlığın genişlənəcəyinə ümid edir

Azərkosmos yerli tərəfdaşlarla əməkdaşlığın genişlənəcəyinə ümid edir

by Zeyneb
0 comments 2 views 1 minutes read

Azərkosmos bir neçə il sonra yer müşahidəsi, naviqasiya, telekommunikasiya və yeni kosmik sektorlar sahəsində yerli tərəfdaşlara əsaslana biləcəyini gözləyir.

“APA-Economics” xəbər verir ki, bunu Azərbaycanda ilk “Milli Kosmik İnkubasiya” layihəsinin başlanılmasına həsr olunmuş tədbirdə Azərkosmosun İdarə Heyəti sədrinin müavini Fuad Aslanov deyib.

Onun sözlərinə görə, Azərkosmos hazırda böyük ölçüdə dünyanın müxtəlif ölkələrindən olan tərəfdaşlarla əməkdaşlıq edir.

“Azərkosmos bu gün əsasən proqramların hazırlanmasına, müxtəlif məhsul, xidmət və həllərin beynəlxalq bazara ixracına fokuslanır. Kosmos artıq qapalı bir icma deyil. Bu sahə hazırda bir çox təşəbbüslər, gənc sahibkarlar və startaplar üçün kifayət qədər əlçatandır”, – deyə F.Aslanov bildirib.

O qeyd edib ki, beynəlxalq tərəfdaşların təcrübəsi Azərbaycan sahibkarlarının da kosmik sahədə uğur qazana biləcəyini göstərir.

Azərkosmos rəsmisi əlavə edib ki, hazırda rəqəmsal iqtisadiyyatın inkişafına ciddi ehtiyac var:

“Azərbaycan 2026-2029-cu illər üçün rəqəmsal iqtisadiyyatın inkişafı strategiyasını qəbul edib. Bu gün Azərkosmos həmin proqrama təxminən 2 % töhfə verir. Gözləyirik ki, xüsusilə sizin təşəbbüslərinizin dəstəyi ilə bu töhfə gələcək illərdə daha da artacaq”, – deyə o vurğulayıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.