Home » “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklərlə bağlı videoformatda görüş keçirilib

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklərlə bağlı videoformatda görüş keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

“Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət işçi qrupunun 2021-ci il üçün Fəaliyyət Planı”na uyğun olaraq İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən dövlət müəssisə və təşkilatlarının satınalmalara məsul nümayəndələrinin iştirakı ilə onlayn görüş keçirilib. Görüşdə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklər iştirakçıların nəzərinə çatdırılıb.

Qeyd edək ki, qanunvericilikdə edilmiş dəyişikliklər əsasən malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi, elektron satınalma, satınalma metodlarının razılaşdırılması, tender komissiyası, tenderdə iştirak haqqı, təkliflərin açılışı, təklifin kənarlaşdırılması, təkliflərin qiymətləndirilməsi, icazələrin (razılıqların) alınması və işə başlama bildirişi, müqavilənin yuxarı orqan tərəfindən təsdiq edilməsi, satınalma müqaviləsinin yerinə yetirilməsi təminatının müddəti, təhvil-təslim aktlarının qəbulu, təkliflər sorğusu, elektron satınalma elanı (dəvəti), müqavilənin şərtlərinin dəyişdirilməsi istiqamətlərində aparılıb.

70-dən artıq iştirakçının olduğu görüşdə iştirakçıların suallarına İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi ətraflı cavab verib.

Qanunvericilikdə baş vermiş dəyişikliklərlə əlavə olunmuş islahat icmalının xüsusi buraxılışında buradan tanış ola bilərsiniz:

https://bit.ly/36AGLWm

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.