Home » Səudiyyə Ərəbistanının səfiri ilə görüş keçirilib

Səudiyyə Ərəbistanının səfiri ilə görüş keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma


Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr ilə görüşüb. 

Görüşdə Agentliyin KOB-lara göstərdiyi dəstək və xidmətlər, bu istiqamətdə xarici tərəfdaş qurumlarla əməkdaşlıq barədə məlumat verilib, Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiya çərçivəsində KOBİA-nın həmsədr olduğu müvafiq İşçi Qrupunun fəaliyyətinə, ölkələrimizin iş adamları arasında birbaşa əlaqələrin qurulması üçün müvafiq platformanın yaradılmasına dair fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Səudiyyə Ərəbistanının KOB sahəsindəki müvafiq qurumları ilə əlaqələrin inkişaf etdirilməsi istiqamətində də işlər davam etdirilir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.