
Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinə direktor təyin olunub.
BBN.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu vəzifəyə Sadiq Əliyev gətirilib.
Qeyd edək ki, S.Əliyev bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
Sadiq Əliyev 1984-cü ildə anadan olub. O, 2001–2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə-kredit ixtisası üzrə bakalavr, 2005–2007-ci illərdə isə magistr dərəcəsi üzrə ali təhsil alıb.
Əmək fəaliyyətinə 2006-cı ildə başlayan S.Əliyev 2006–2019-cu illərdə İqtisadiyyat Nazirliyində müxtəlif vəzifələrdə işləyib. 2019–2024-cü illərdə isə ƏƏSMN-nin Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri olub.







