Home » Dövlət büdcəsindən ilin ilk yarısında 16,8 milyard manatdan çox vəsait xərclənib

Dövlət büdcəsindən ilin ilk yarısında 16,8 milyard manatdan çox vəsait xərclənib

by yunus
0 comments 0 views 2 minutes read

2026-cı ilin yanvar-iyun aylarında dövlət büdcəsinin xərcləri 16 milyard 775,5 milyon manat təşkil edib.

BBN.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına əsasən, hesabat dövründə icra olunan xərclər illik dövlət büdcəsi üzrə nəzərdə tutulan xərclərin 40,2 faizinə bərabər olub. Ayrılan vəsaitlər dövlətin əsas öhdəliklərinin yerinə yetirilməsinə, o cümlədən əməkhaqlarının, pensiya və sosial müavinətlərin ödənilməsinə, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərinin maliyyələşdirilməsinə, dövlət proqramlarının icrasına, dövlət borcu üzrə öhdəliklərin yerinə yetirilməsinə və digər vacib istiqamətlərə yönəldilib.

İlk altı ay ərzində dövlət büdcəsi xərclərinin 11 milyard 642,5 milyon manatı və ya 69,4 faizi cari xərclərin, 4 milyard 188,2 milyon manatı və ya 25 faizi əsaslı xərclərin, 944,8 milyon manatı və ya 5,6 faizi isə dövlət borcuna xidmətlə bağlı öhdəliklərin maliyyələşdirilməsinə sərf olunub.

Sosial istiqamətli xərclər büdcədə mühüm paya malik olub. Belə ki, ümumi xərclərin 52,4 faizi və ya 8 milyard 787,1 milyon manatı əməkhaqqı fondu, təqaüd və sosial müavinətlər, qida məhsullarının alınması, dərman və tibbi ləvazimatların təminatı, eləcə də icbari tibbi sığorta xərclərinin maliyyələşdirilməsinə ayrılıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 951,3 milyon manat və ya 12,1 faiz artım deməkdir.

Funksional təsnifata əsasən, hesabat dövründə müdafiə və milli təhlükəsizlik sahəsinə 3 milyard 437,4 milyon manat, iqtisadi fəaliyyət istiqamətinə 2 milyard 578 milyon manat, təhsil sahəsinə 2 milyard 400,1 milyon manat, sosial müdafiə və sosial təminata 2 milyard 359,8 milyon manat vəsait yönəldilib.

Bununla yanaşı, ümumi dövlət xidmətləri üzrə xərclər 2 milyard 339,5 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının maliyyələşdirilməsi üçün 1 milyard 403,7 milyon manat, əsas bölmələrə aid edilməyən xidmətlər üzrə 669,4 milyon manat ayrılıb.

Hesabat dövründə səhiyyə sahəsinə 591,6 milyon manat, kənd təsərrüfatına 527,3 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və gənclər siyasəti istiqamətlərinə 217,9 milyon manat, ətraf mühitin mühafizəsinə 147 milyon manat, mənzil-kommunal təsərrüfatına isə 103,8 milyon manat büdcə vəsaiti xərclənib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.