Home » DSMF beynəlxalq təşkilatın sessiyasına sədrlik edib

DSMF beynəlxalq təşkilatın sessiyasına sədrlik edib

by anar
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Polşada Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) “Avropada platforma işçiləri və özünüməşğul şəxslər üçün sosial müdafiənin əhatə dairəsi” mövzusunda beynəlxalq konfrans keçirilib.
Dövlət Sosial Müdafiə Fondunun Beynəlxalq əlaqələr departamentinin müdiri Elşad Xanəlibəylinin sədrliyi ilə keçən sessiyada COVID-19 pandemiyası səbəbindən iqtisadi qeyri-sabitlik dövründə platforma işçiləri və özünüməşğul şəxslərin sosial təminatına dair inklüziv milli təcrübələr, eləcə də onların ölkələr arasında bağlanmış beynəlxalq müqavilələr çərçivəsində pensiya təminatı məsələləri müzakirə edilib.
Konfransda son illər ərzində Azərbaycanda platforma işçiləri və özünüməşğul şəxslərin sosial müdafiəsi sahəsində görülmüş işlər və aparılan islahatlar barədə məlumat verilib.
Platforma işçiləri və özünüməşğul şəxslərin müdafiəsi istiqamətində dayanıqlı sosial təminat sisteminin təkmilləşdirilməsi, beynəlxalq müqavilələrin icrası ilə bağlı zəruri tədbirlərin görülməsi sahəsində ölkəmizdə əldə olunan nailiyyətlər BSTA-ya üzv olan dövlətlərin pensiya və sosial fondlarının nümayəndələri tərəfindən yüksək qiymətləndirilib. Sessiyada Azərbaycanın bu sahədə müsbət təcrübəsinin digər ölkələrdə də tətbiqi perspektivləri müzakirə olunub.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.