Home » Dünya Bankı: Azərbaycanda inflyasiya tədricən azalacaq

Dünya Bankı: Azərbaycanda inflyasiya tədricən azalacaq

by Zeyneb
0 comments 2 views 1 minutes read

Dünya Bankı qarşıdakı üç il ərzində Azərbaycanda inflyasiya səviyyəsinin tədricən aşağı düşəcəyini proqnozlaşdırır. Belə ki, 2025-ci ildə inflyasiya 4,6 faiz, 2026-cı ildə 3 faiz, 2027-ci ildə isə 2,8 faiz səviyyəsinə enəcək.

Müqayisə üçün qeyd edək ki, son illərdə ölkədə inflyasiya dəyişkən olub: 2021-ci ildə 6,7 faiz, 2022-ci ildə 13,8 faiz, 2023-cü ildə 9 faiz və 2024-cü ildə 2,1 faiz təşkil edib.

Dünya Bankının hesabatında bildirilir ki, 2025-ci ilin qalan dövründə inflyasiyanın azalma tendensiyasını davam etdirəcəyi və Mərkəzi Bankın hədəf diapazonunda (4 ± 2 faiz) qalacağı gözlənilir. İnflyasiyanın pik səviyyəsi artıq geridə qalıb və əhəmiyyətli xarici şoklar baş vermədiyi halda göstəricinin orta müddətli perspektivdə AMB-nin hədəf parametrləri çərçivəsində tədricən azalacağı proqnozlaşdırılır.

Hesabatda qeyd olunur ki, inzibati qiymətlərin kəskin artımı baş verməzsə, daxili tələbin zəifləməsi fonunda inflyasiyanın 2026–2027-ci illərdə orta hesabla 2,9 faizədək azalacağı gözlənilir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.