Home » Dünya Bankı Azərbaycan üzrə yeni Ölkə Tərəfdaşlıq Çərçivəsini təsdiqləyib

Dünya Bankı Azərbaycan üzrə yeni Ölkə Tərəfdaşlıq Çərçivəsini təsdiqləyib

by anar
0 comments 1 views 1 minutes read

Dünya Bankı (DB) Qrupunun Direktorlar Şurası Azərbaycanla olan tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi məqsədilə 2025-2029-cu illər üzrə yeni Ölkə Tərəfdaşlıq Çərçivəsini (ÖTÇ) təsdiq edib. Bu yeni çərçivə növbəti beş ildə Azərbaycan ilə DB arasında strateji münasibətlərin əsas istiqamətlərini müəyyən etməklə ölkəmizin daha yaşıl və inklüziv iqtisadiyyata keçidini dəstəkləməyi hədəfləyir.

Yeni ÖTÇ Azərbaycanın iqtisadi dayanıqlılığının möhkəmləndirilməsinə, müxtəlif sahələrdə islahatların və maliyyə resurslarının səmərəli idarə edilməsinin təşviq edilməsinə töhfə verəcək və maliyyə inklüzivliyinin artırılması sahəsindəki təşəbbüslərin həyata keçirilməsini diqqətdə saxlayacaq.

Qeyd edək ki, ÖTÇ Azərbaycanın dayanıqlı inkişafının və ölkə iqtisadiyyatının qlobal miqyasda rəqabət qabiliyyətinin artırılması istiqamətində mühüm bir sənəddir. Bu əməkdaşlıq ölkəmizin DB ilə olan uzunmüddətli əlaqələrinin bir təzahürü olmaqla Azərbaycanın tərəqqisinə töhfə verəcək.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.